Rusiyada dronlarla yanacaq çənlərinə hücum edildi

 17:45 06.12.2022     277

Rusiya Federasiyasının Bryansk vilayətindəki “Slava” zavoduna kamikadze dronlarla hücum edilib. Onlar yanacaq çənlərindən bir neçə metr aralıda partlayıb.

Redaktor.az "Baza" teleqram kanalına istinadla bildirir ki, zavodun ərazisinə iki dron düşüb. Onlar dizel yanacağı saxlanılan çənlərdən üç metr aralıda partlayıb. Bu zaman çənlər boş olduğundan ciddi yanğın olmayıb.

Məlumatda o da deyilir ki, bundan əvvəl noyabrın 30-da Rusiyanın Bryansk vilayətində Suraj rayonunda dizellə dolu çənlər yanıb.

Rusiya mətbuatının məlumatına görə, çənlərin pilotsuz təyyarədən atıldığı iddia edilən naməlum sursatın dəyməsi nəticəsində alovlanıb.

Hadisə zamanı ərazidə olan iki tankın alovlandığı bildirlir.

Tunar Altunbay