Ukraynada separatçıların deputatı məhv edildi

Separatçı Donetsk Xalq Respublikasının "Xalq Şurası"nın deputatı Mariya Piroqova Ukrayna silahlı qüvvələri ilə döyüşdə məhv edilib.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə məlumatı separatçı rejimin rəhbəri Denis Puşilin teleqram kanalında paylaşıb
"Mariya Piroqova - "mehribanlığın təcəssümü...",- deyə D. Puşilin paylaşımında qeyd edib.
Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Ştefan isə məlumatı belə şərh edib:
"... Əlvida, Maşa. Rəsmi olaraq tərxis olundu..."
Tunar Altunbay