Bu gün daha bir qırıcı qəzaya uğradı

Xorvatiya Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 qırıcı təyyarəsi ölkənin şimal-şərqində qəzaya uğrayıb.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirlib ki, təyyarə günorta saatlarında Slatina şəhəri yaxınlığında qəzaya düşüb.
Hazırda pilotların axtarışı aparılır.
Xatırladaq ki, bu gün Türkiyənin Konya şəhərində F-5 qtipli təyyarə də qəzaya uğrayıb.
Rəsmi məlumata görə, buna səbəb təyyarənin quşla toqquşmasıdır.
Qeyd olunub ki, təyyarənin pilotu qəzadan xilas olub və xəstəxanaya yerləşdirilib.
T.İSMAYIL