Ukraynaya hərbi yardım edən ölkələr - SİYAHI

 19:45 06.12.2022     210

“Ötən həftə Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə və raketdən müdafiə qüvvələrinə çoxlu sayda iri çaplı artilleriya, reaktiv yaylım atəşi sistemləri, zirehli döyüş maşınları, eləcə də bu silahların bütün növləri üçün döyüş sursatları verilib.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba onlayn brifinq zamanı bildirib.

Nazir həmçinin əlavə edib ki, ən azı iyirmi ölkədən Ukraynaya  hərbi yardım paketlərinin çatdırılması davam edir.

Burda söhbət ilk növbədə ABŞ, Böyük Britaniya, Avstraliya, Danimarka, Yunanıstan, Estoniya, İspaniya, İtaliya, Kanada, Latviya, Litva, Hollandiya, Almaniya, Norveç, Polşa, Slovakiya, Çexiya, Finlandiya, Fransa və İsveçdən gedir.

Kuleba qeyd edib ki, Ukrayna kritik ehtiyac duyulan köməyə görə dostlarına minnətdardır.

"NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin 29-30 noyabrda Buxarestdə baş tutan iclasında Ukraynanın xeyrinə bəzi qərarlar qəbul edilib.

Müttəfiqlər Ukraynaya 155 millimetrlik artilleriya qurğuları, mərmi və zirehli texnikanın təhvil veriblər".

O, həmçinin amerikalı tərəfdaşlara xüsusi təşəkkürünü bildirib:

"Dekabrın əvvəlində Pentaqon "Raytheon Technologies" şirkəti ilə Ukrayna Silahlı Qüvvələri üçün "NASAMS "zenit-raket komplekslərinin istehsalı üçün 1,2 milyard dollarlıq müqavilə imzalanıb."

Onun sözlərinə görə, Ukrayna "daxili müzakirələrə baxmayaraq, təcavüzkara müqavimət göstərmək üçün bizə kömək etmək üçün fürsət tapmağa çalışan" bolqar dostlarına böyük ümidlər bəsləyir.

Kuleba ayrıca qeyd edib ki, o, müttəfiqləri Ukraynanın müdafiə üçün kifayət qədər vəsaitə malik olması üçün silah istehsal imkanlarını artırmağa çağırıb.

“Mən vurğuladım ki, Ukraynanın hava hücumundan müdafiə sistemi NATO-nun hava hücumundan müdafiə sistemi ilə inteqrasiya olunmalıdır ki, bu da Ukrayna və Alyansın ümumi maraqlarına cavab verəcək”, - Kuleba bildirib.

Tunar Altunbay