Ukrayna xüsusi təyinatlıları Rusiyanın T-80 tankını məhv etdi

 19:32 06.12.2022     237

Ukraynanın “A” Xüsusi Əməliyyat Mərkəzinin xüsusi təyinatlıları Rusiyanın T-80 tankını məhv etməyə müvəffəq olub.

Redaktor.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukrayna Silahlı Qüvvələrinə istinadla məlumat yayıb.

“Düşmən tanklardan sürətlə atəşə tutmaq taktikasından istifadə edərək bir müddətdir ki, bizim irəli mövqelərimizi “kabus” edib. lakin bu, uzun sürmədi. Bu tanklardan biri Ukrayna Silahlı Qüvvələrinin “A” Xüsusi Əməliyyat Mərkəzinin döyüşçülərinin taktiki qrupu tərəfindən ifşa olunaraq məhv edilib. Və ekipaj o qədər çaxnaşma içində qaçdı ki, müdafiəçilərimiz daha bir işğalçını "mənfi" etdilər", - xəbərdə deyilir.

Xatırladaq ki, ukraynalı müdafiəçilər Donetsk vilayətində işğalçıların mühəndis qrupunu və onların texnikasını məhv etməyə nail olublar.

Ukrayna hərbçiləri əvvəllər sıradan çıxardıqları düşmən tankını pusquya salıb və işğalçıların daha bir döyüş maşını məhv edib.

Turan İSMAYIL