Estoniya ukraynalı qaçqınları Finlandiyaya yönləndirəcək

 19:10 06.12.2022     214

Estoniya ukraynalı qaçqınların yeni dalğasını qəbul edə bilməyəcək və onları Finlandiyaya yönləndirməyi planlaşdırır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kaya Kallas bildirib.

“Biz Finlandiya ilə danışdıq ki, artıq Ukraynadan olan qaçqınlara bu şəkildə kömək edə bilmirik və onlar daha çox qaçqın qəbul edə biləcəklərini bildiriblər”, - Kallas bildirib.

Baş nazirin fikrincə, Ukraynada baş verən son hadisələr qaçqınların yeni dalğasına səbəb olacaq.

Tunar Altunbay