Avropa İttifaqı bu ölkəyə namizəd statusu verəcək 

 20:25 06.12.2022     207

Avropa İttifaqı (Aİ) liderləri dekabrın 15-də Brüsseldə keçiriləcək sammitdə Bosniya və Herseqovinaya Aİ-yə rəsmi namizəd statusu verə bilərlər.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Sloveniyanın Baş naziri Robert Qolob Tiranada keçirilən Avropa İttifaqı-Qərbi Balkanlar sammitində çıxışı zamanı deyib ki, "siyasi qərarın qəbulu yalnız zaman məsələsidir". 

Qolob jurnalistlərə açıqlamasında bildirib ki, ölkənin namizədliyinin texniki detalları müzakirə edilir.

Rəsmi statusun verilməsi üçün Aİ-yə üzv olan 27 ölkənin hamısının təsdiqi lazımdır.