Vəzifəsindən sui-istifadə edən nazir  SAXLANILDI

 21:05 06.12.2022     261

Bosniya və Herseqovinanın insan haqları və qaçqınlar naziri Miloş Luçiç saxlanılıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Bosniya və Herseqovina Prokurorluğu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsinin əmri ilə saxlanılan Luçiç vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinir.

Məlumata görə, Luçiçin ofisində və evində axtarış aparılıb, onun törətdiyi cinayətlərlə dövlət büdcəsinə ziyan vurduğu müəyyən edilib.