Rusiya onları axtarışa verdi 

 22:11 06.12.2022     267

Rusiya Ukrayna xarici işlər nazirinin birinci müavini, milliyətcə Krım türklərindən olan Əminə Cabbarovanı beynəlxalq axtarışa verib.

Redaktor.az xəbər verir ki, bu barədə Moskvanın Lefortovo məhkəməsinin mətbuat xidmətindən məlumat veriblər.

Onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və buna səbəb kimi Rusiya Federasiyasının ərazi bütövlüyünün pozulması göstərilib.

Ukrayna Baş nazirinin reinteqrasiya məsələləri üzrə müavini İrina Vereşuk da axtarışa verilənlər siyahısındadır.