Çin Ukraynaya humanitar yardımı artırmağa çağırdı

 23:05 06.12.2022     264

Çin beynəlxalq ictimaiyyət və humanitar təşkilatları Ukraynaya humanitar yardımı artırmağa çağırıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi Gen Şuan Təhlükəsizlik Şurasının iclasında deyib.

"Ukrayna xalqı ikiqat problemlə qarşılaşır - müharibə və qış. Bu, humanitar ehtiyacların kəskin böyüməsi və artan elektrik çatışmazlığıdır", - Gen Şuan bildirib.

"Uşaqlar ən həssas qrupdur. Çin humanitar vəziyyətlərdə uşaqların ehtiyaclarını mümkün qədər çox nəzərə almağa çağırır" dedi.