Rusiyada donuz qripinə yoluxma kəskin artdı

 23:26 06.12.2022     115

Rusiyada donuz qripinə yoluxma halları artır.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, ölkənin 74 regionunda donuz qripi aşkarlanıb.

Məlumata əsasən, ölkədə kəskin respirator virus infeksiyası və qripə yoluxma son bir həftə ərzində 23 faiz artıb.

Rusiyanın səhiyyə naziri Mixail Muraşko əhalini ictimai yerlərdə maska taxmağa çağırıb. Onun sözlərinə görə, hazırda qrip və koronavirus infeksiyası sürətlə yayılır.

Qeyd olunub ki, Yeni il bayramlarından sonra və fevralın sonlarında infeksion xəstəliklərin yayılması pik həddə çatacaq.