Belarus hərbçiləri Ukraynaya qarşı döyüşmək istəmir

 09:52 07.12.2022     252

Belarus hərbçiləri ölkəni Ukrayna ilə müharibəyə cəlb etmək təhlükəsi olduğundan hərbi-siyasi rəhbərliyin fəaliyyətindən narazıdırlar.

Redaktor.az “UNİAN”a istinadla xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

“Belarusun hərbi-siyasi rəhbərliyinin fəaliyyətindən narazılıq ölkənin sərhəd xidmətinin hərbçiləri və silahlı qüvvələri arasında getdikcə artır, çünki respublikanı Ukrayna ilə müharibəyə cəlb etmək təhlükəsi yaranır”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, dekabrın 6-da Belarusun Müdafiə Nazirliyi silahlı qüvvələrin döyüş hazırlığına başladığını elan edib.

Həmidə İbrahimova