Bütün zamanların ən çox gəlir gətirən filmi yenidən qayıtdı

 11:08 07.12.2022     244

Rejissor Ceyms Kemeron bütün zamanların ən çox gəlir gətirən filmi olan "Avatar"ı təqdim etdikdən 13 il sonra, nəhayət, filmin davamının Londonda təqdimatını keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

"Avatar: Su Yolu" tamaşaçıları ilk filmdə yerli Navi xalqının Ayın təbii sərvətləri uğrunda insan kolonistləri ilə döyüşdüyü füsunkar Pandora dünyasına qaytarır.

Xatırladaq ki, 2009-cu ildə nümayiş etdirilən "Avatar" qlobal bilet satışında 2,9 milyard dollardan çox gəlir əldə edərək bütün zamanların ən çox gəlir gətirən filmi kimi yer alır. 

Qeyd edək ki, 2028-ci ilə qədər dörd "Avatar" filminin çəkilməsi planlaşdırılır.

Nərmin VÜQARQIZI