ABŞ Polşaya çox sayda “Abrams” tankı göndərəcək

 10:34 07.12.2022     202

Amerika Birləşmiş Ştatları Polşaya 116 Abrams döyüş tankının satışını təsdiqləyib.

Redaktor.az “UNİAN”a istinadla xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak məlumat verib.

Nazir bunu Polşa Silahlı Qüvvələrinin zirehli potensialının artırılması istiqamətində növbəti addım adlandırıb.

Qeyd olunur ki, döyüş tanklarının ilk tədarükü 2023-cü ildə mümkün olacaq.

Həmidə İbrahimova