Ukraynada daha bir İran PUA-sı məhv edildi - FOTO

 11:23 07.12.2022     201

Ruslar Ukraynanın Jitomir bölgəsinə hücum edib. 

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Jitomir Vilayət Hərbi Administrasiyasının sədri Vitali Buneçko öz teleqram kanalında məlumat verib.

Hücum zamanı İranın "Şahed" pilotsuz təyyarəsi (PUA) hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

"Bu gecə hava hücumu zamanı düşmən "Şahed" tipli pilotsuz uçuş aparatından istifadə edərək Jitomir vilayətinə hücum etməyə cəhd edib. Pilotsuz təyyarə bölgənin şimalında hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub", - deyə Vitali Buneçko deyib.

Nərmin VÜQARQIZI

2