Qərb ölkələri Ukraynanın NATO-ya üzv olmasına qarşıdır

 10:54 07.12.2022     154

Qərb ölkələri Ukraynanın NATO-ya üzv olması məsələsindən yayınmağa çalışır.

Redaktor.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Bildirilib ki, bu mövzu Qərb ölkələri üçün təhlükəlidir və bu səbəbdən NATO üzvü olan ölkələrdən bəziləri Ukrayna ilə bağlı müzakirələrdən yayınmağa çalışır.

“Sentyabr ayında rəsmi Kiyevin hərbi təşkilata yenidən müraciət etməsindən sonra alyans yenə də konkret cavab verməkdən imtina edib. Sadəcə 2008-ci ildə Ukraynanın NATO-ya üzv ola biləcəyi ilə bağlı verilən vəd yada salınıb”, - deyə nəşr yazır.

“NATO üzvləri Ukraynanın alyansa daxil olmasından qaçır”, - deyə məlumatda əlavə olunub.