ABŞ Rusiyanı G20-dən çıxarmaq İSTƏYİR

 11:29 07.12.2022     319

Vaşinqton Rusiyanın bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən G20 qrupu ilə qarşılıqlı fəaliyyətinə maneələr yaratmağı planlaşdırır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, məlumat ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə Komitəsinin yaydığı müdafiə büdcəsi layihəsinə izahedici sənədlərdə öz əksini tapıb.

"Rusiyanı G20-dən, Beynəlxalq Hesablaşmalar Bankından, Bank Standartları üzrə Bazel Komitəsindən, Maliyyə Sabitliyi Şurasından, Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasından və Beynəlxalq Qiymətli Kağızlar Təşkilatından çıxarmaq ABŞ-ın siyasətidir. Komissiyalar bu siyasəti irəlilətmək üçün lazımi addımları tələb edirlər", - deyə Komitədən bildirilib. 

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən