Monqolustan prezidenti etirazçıların tələblərini yerinə yetirməyi tapşırdı
Monqolustan prezidenti Xürelsüx Uxnaaqiyn prokurorluq və hökumətdən etirazlarda iştirak edən vətəndaşların əsas tələbini yerinə yetirməyi və ölkənin əsas ixrac məhsulu olan kömürün külli miqdarda oğurlanması ilə bağlı işin araşdırılması məsələsini həll etməyi tələb edib.
Redaktor.az “TASS”a istinadla xəbər verir ki, ölkə başçısı bu barədə Ulan-Batorda Nazirlər Kabinetinin, Prezident Administrasiyasının, Baş Prokurorluğun rəhbərliyinin və hüquq-mühafizə orqanlarının üzvləri ilə keçirilən görüşdə bildirib.
Məlumata görə, X.Uxnaaqiyn prokurorluğun əməkdaşlarından yüksək vəzifəli korrupsionerlərin adlarını açıqlamamasının səbəblərini soruşub və xatırladıb ki, istintaqın tələbi ilə cinayətlərdə əli olan deputatlar toxunulmazlıqdan məhrum ediləcək.
Həmidə İbrahimova












