Almaniyada dövlət çevrilişinin qarşısı alındı

 13:04 07.12.2022     198

Almaniyada dövlət çevrilişinə cəhddə şübhəli bilinən “Reyx Vətəndaşları” ifrat sağçı təşkilatının üzvləri Bundestaq (parlament) binasına hücumu planlaşdırıb.

Redaktor.az TASS-a iatinadla xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.

“Hazırda aparılan araşdırmaya əsasən, təşkilatın ayrı-ayrı üzvləri kiçik silahlı qruplar şəklində Bundestaqı ələ keçirməyi planlaşdırırdı”, - qurumun açıqlamasında deyilir.

Almaniya federal polisi “Reyx Vətəndaşları” adlı ifrat sağçı qrupa qarşı xüsusi əməliyyat keçirib və 25 üzvünü saxlayıb.

Qruplaşmanın bəzi üzvlərinin Almaniyanın postmüharibə konstitusiyasını rədd etdiyi və dövlət çevrilişinə çağırış etdiyi bildirilib.

“Der Spiegel” əməliyyatın Almaniyanın xüsusi təyinatlı qüvvələri olan KSK-nın ölkənin cənub qərbindəki Kalv şəhərində yerləşən kazarmalarında da aparıldığını açıqlayıb. Hərbi birləşmənin bəzi hərbçilərin ifrat sağçı hərəkatlarda iştirakı ilə əlaqədar əvvəllər də nəzarət altında saxlanıldığı vurğulanıb.

Alman hakimiyyət orqanlarının məlumatına görə, şübhəlilər - ilk növbədə, Reiss knyazı XIII Henrix, rus qadını Vitali B.-nin köməyi ilə - Rusiya əlaqə saxlasalar da, Moskvadan razılıq almayıblar.

Tunar Altunbay