"Qardaşım İran xalqının səsinə qulaq asmır" - Xameneinin bacısı

 13:21 07.12.2022     357

“Qardaşım İran xalqının səsinə qulaq asmır, yanlış olaraq öz muzdlularının, yaltaqların, xalqın payını yeyənlərin çıxışlarını İran xalqının səsi hesab edir”.

Redaktor.az “İran İnternational”a istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin bacısı, hazırda həbsdə olan Fəridə Muradxaninin anası Bədri Hüseyni Xamenei müraciətində bildirib.

Onun sözlərinə görə, Xamenei günahsız insanları sıxışdırmaq və öldürməkdə Ruhullah Xomeyninin yolunu davam etdirir.

B.Hüseyni İranın ali rəhbəri ilə əlaqələri kəsdiyini, əvvəllər insani vəzifəsi olaraq dəfələrlə xalqın səsini ona çatdırdğını da vurğulayıb.