Ukrayna ordusundan işğalçılara zərbə - daha 540 rus hərbçisi MƏHV EDİLDİ

 13:55 07.12.2022     170

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 92740 (+540) nəfər canlı qüvvəsi, 2935 (+6) tank, 5909 (+4) ədəd zirehli döyüş maşını, 1923 (+8) ədəd artileriya sistemi, 395 (+0) reaktiv yaylım atəşi sistemi, 211 (+0) hava hücumundan müdafiə sistemi, 281 (+0) təyyarə, 264 (+0) helikopter, 1601 (+14) PUA, 592 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4526 (+21) avtomobil texnikası və avtosistern, 163 (+0) xüsusi texnikası məhv edilib.

T.İSMAYIL