Şimali Koreyada uşaqlarına “Bomba” və "Tapança” adlarını qoymayan cəzalanacaq

 17:00 07.12.2022     313

Şimali Koreya hakimiyyəti ölkə vətəndaşlarını övladlarına daha "vətənpərvər" və "qorxulu" adlar qoymağa çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə “The Mirror” nəşri yazıb.

Məlumatda deyilir ki, uşaqlara daha çox Chung Sim (Sadiqlik), Chong İl (Tapança), Pok İl (Bomba) və ya Ui Song (Peyk) kimi adların verilməsi təklif olunur.

Nəşr qeyd edib ki, KXDR hakimiyyəti uşaqlara vətənpərvərlik aşılayan ad qoymayanları cərimələyəcəkləri ilə hədələyib.

"Azad Asiya" Radiosu isə bildirib ki, Şimali Koreya əhalisi rəsmilərin uşaqların adlarının dəyişdirilməsi tələbindən şikayətlənirlər. Hətta iş o yerə çatıb ki, hətta böyüklərdən də ad və soyadların dəyişdirilməsi tələb olunur.

Şimali Koreya polisi sonu samitsiz bütün soyadları düzəltmək üçün bildirişlər yayıb ki, sonu samit olmayan adları olan insanlar ilin sonuna kimi “inqilabi standartlara cavab vermək üçün” adlarına siyasi məna qatmalıdırlar.

Tunar Altunbay