Zelenski ilin adamı seçildi

 18:15 07.12.2022     300

“Time” jurnalı Ukrayna prezidenti Vladimir Zelenskini 2022-ci ilin adamı elan edib.

Redaktor.az BBC-yə istinadla xəbər verir ki, mükafat son 12 ayda qlobal hadisələrə ən çox təsir göstərən şəxsə verilir.

Mükafatın digər finalçıları arasında İrandakı etirazçılar, Çinin rəhbəri Si Cinpin, İlon Mask və ABŞ Ali Məhkəməsi də olub.

Jurnalın baş redaktoru Edvard Felsental Ukrayna prezidentinin seçilməsi qərarının “yaddaşda ən aydın şəkildə qalan qərar” olduğunu bildirib.

"Parçalanma ilə müəyyən edilən bir dünyada, bu məqsəd ətrafında, bu ölkənin ətrafında birləşmə var idi", - baş redaktor bildirib.

Nərmin VÜQARQIZI

2