Cənubi Koreya Ukraynaya 100 pikap və ekskavator göndərdi - FOTO

 18:26 07.12.2022     337

Cənubi Koreya Ukraynaya 100 pikap və 5 mini ekskavator göndərib.

Redaktor.az "RBC Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın Koreya Respublikasındakı səfirliyinin səhifəsi məlumat verib.

Bundan başqa Cənubi Koreya Ukraynaya 20 güclü generator və beş mini ekskavator da təhvil verəcək.

Qeyd edək ki, müharibə başlayandan bəri Ukrayna beynəlxalq tərəfdaşlardan 27,2 milyard dollar yardım alıb. Gələn il bu məbləğin artacağı ehtimal edilir.

Nərmin VÜQARQIZI

 

 

222