İranın keçmiş prezidenti etirazçılara dəstək verdi - KİV

 18:52 07.12.2022     535

"İran cəmiyyəti daha yaxşı gələcəyə doğru irəliləyir".

Redaktor.az "Asr e-İran"a istinadla xəbər verir ki, bu sözləri İranın eks-prezidenti, islahat hərəkatının tərəfdarı Məhəmməd Hatəmi ölkədəki etirazlara dəstək verərkən söyləyib.

Onun sözlərinə görə, etirazçıların “Qadın, Həyat, Azadlıq!” şüarı ilə cəmiyyət daha yaxşı gələcəklə bağlı arzusunu göstərir.

" "Qadın, Həyat, Azadlıq!"  şüarı ilə vətəndaşlarımız daha yaxşı gələcəyə olan arzusunu nümayiş etdirir. Bu hərəkatın mərkəzində tələbələrlə yanaşı görkəmli insanlarının, universitet professorlarının, dahil insanların olması nadir və bəlkə də görünməmiş haldır", - deyə Hatəmi əlavə edib. 

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən