Saakaşvili müalicə üçün xaricə buraxılmayacaq

 20:28 07.12.2022     238

Biz hüquqi dövlətik və heç kimin özünü qanunlardan üstün tutmasına icazə verməyəcəyik.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, bunu Baş nazir İrakli Qaribaşvili jurnalistlərin sabiq Prezident Mixeil Saakaşvilinin səhhəti ilə bağlı sualına cavabında deyib. O, qeyd ki, Saakaşvili həbs edildiyi ilk gündən tezliklə azadlığa buraxılacağı illüziyasına qapılıb.

"Bir şeyi bilirəm ki, Saakaşvili inqilab və qan tökülməsini təşkil etməkdə qətiyyətli idi. O, həbs edildiyi ilk gündən hər kəsi qan tökülməsi ilə təhdid edirdi. Daha sonra o aclığa başladı və dünya tarixindəki bütün aclıq rekordlarını qırdı. Biz yayılan görüntüləri də gördük, o gizlincə qida qəbul edirdi. Mən detallara getmək istəmirəm. Saakaşvili həbs edildiyi gündən elə bir illüziyaya qapıldı ki, bir həftə ərzində azadlığa buraxılacaq. Daha sonra isə bir ay, iki ay, üç ay… Mən çox eşitmişəm ki, Saakaşvili depressiyadadır və olduğu mühiti bəyənmir. Hansı məhbus öz olduğu mühitini bəyənir ki?”, - deyə Qaribaşvili jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir ki, Saakaşvilinin müalicə alması üçün xaricə göndərilməsi tələblərinin əslində onun azadlığa buraxılması üçün olduğunu, lakin buna imkan verilməyəcəyini qeyd edib.