“Vaşinqton Ukraynanı Rusiya hədəflərini vurmağa çağırmır” - Ağ Ev

 20:53 07.12.2022     148

Vaşinqton Ukraynanı Rusiya hədəflərini vurmağa çağırmır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbi brifinqdə bildirib.

“Biz onları silahla təchiz edirik, amma silahlardan necə istifadə etmək Ukraynanın suveren qərarıdır və biz buna hörmət edirik”, - C.Kirbi deyib.

O söyləyib ki, ABŞ Ukraynada vəziyyətin mümkün gərginləşməsindən narahatdır: “Vaşinqton Kiyevi Rusiya hədəflərinə zərbə endirməyə çağırmır, lakin bunu edib-etməmək onların verəcəyi qərardır”.

Tunar Altunbay