Stoltenberq daha NATO-nun rəhbəri olmaq istəmir 

 22:04 07.12.2022     246

NATO-nun baş katibi Yens Stoltenberq mandatını uzatmaq niyyətində deyil.

Redaktor.az xəbər verir ki, bu barədə Stoltenberq “Financial Times” qəzetinə müsahibəsində bildirib.

Stoltenberqin səlahiyyət müddəti oktyabrın 1-də bitməli idi, lakin Ukraynadakı hərbi əməliyyatlar fonunda onun mandatı daha 12 ay uzadılıb.

Jurnalist Stoltenberqdən onun səlahiyyət müddətinin növbəti dəfə uzadılmasının mümkün olub-olmadığını soruşub. O cavabında deyib: “Gələn ilin sentyabr ayının sonuna kimi işimə diqqət yetirməkdən başqa heç bir planım yoxdur. Bu, mənim yeganə planımdır”.

NATO-nun baş katibi həmçinin əmin olduğunu bildirib ki, alyans ölkələri onun yerinə layiqli namizəd tapa biləcəklər.