İranda tələbə yataqxanası yandı

 22:16 07.12.2022     234

İranın paytaxtı Tehranda Xarəzmi universitetinin qızlar yataqxanasında yanğın olub.

Redaktor.az xəbər verir ki,, hadisə yerində yanğınsöndürənlər işləyir. İlkin məlumata görə, yanğınsa otaqların birində istifadə olunan elektrik avadanlığı səbəb olub. Hələlik yanğında xəsarət alanlar barədə məlumat yoxdur.