Rusiyaya qarşı yeni sanksiyalar TƏSDİQLƏNDİ

 22:30 07.12.2022     244

Avropa Komissiyası Rusiyaya qarşı növbəti, 9-cu sanksiyalar paketini təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen məlumat verib.

Sanksiya siyahısında 200 fiziki və hüquqi şəxsin, o cümlədən 3 bank, 4 televiziya, müdafiə sənayesi müəssisələri yer alır. Sanksiyaya görə Rusiyaya ikili təyinatlı pilotsuz vasitələr və onların komponentlərinin ixracı da qadağan edilir.

Lyayen bildirib ki, sanksiya paketinə daha 4 Rusiya kanalının Avropada yayımının dayandırılması, həmçinin Federasiyanın dağ-mədən sənayesinə sərmayələrin tam qadağan edilməsi daxildir.