Türkiyədə partiya sədri BIÇAQLANDI

 22:45 07.12.2022     254

Türkiyənin Yenilik Partiyasının sədri Öztürk Yılmaz naməlum şəxs tərəfindən bıçaqlanıb.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə partiyanın Çankayada yerləşən qərargahında baş verib.

Hücum nəticəsində partiya sədri ayağından yaralanıb. O, sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılaraq müalicəyə cəlb olunub. 

Yılmazın səhhətinin yaxşı olduğu, həyatı üçün təhlükə olmadığı bildirilib.

Türkiyə polisi hücum edən şəxsin saxlanıldığını açıqlayıb. Hadisənin səbəbi hələlik məlum deyil, araşdırma aparılır.

Zərərçəkən özü isə yerli mediaya verdiyi açıqlamada bu işdə Türkiyə hakimiyyətini günahlandırıb.