Bu ölkələrə Rusiyaya pilotsuz vasitələrin ixracı qadağan edildi

 22:59 07.12.2022     279

Rusiyaya ikili təyinatlı pilotsuz vasitələr və onların komponentlərinin ixracı qadağan edilir.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen məlumat verib.

Diplomat bildirib ki, bu qadağa Rusiyaya qarşı 9-cu sanksiyalar paketində yer alır.

Avropa liderləri yeni sanksiyalar paketini gələn həftə Brüsseldə müzakirə edəcək.