Peru Prezidenti parlamenti buraxdı - Ölkədə fövqəladə vəziyyət elan etdi

 23:59 07.12.2022     272

Peru Prezidenti Pedro Kastilyo parlamentin buraxıldığını elan edib və ölkədə fövqəladə vəziyyət elan edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, xalqa müraciəti zamanı bildirib.

P.Kastilyo hüquqi demokratik dövləti bərpa etmək üçün fövqəladə hökumətin yaradılması barədə qərar qəbul olunduğunu deyib: “Bununla əlaqədar belə qərarlar qəbul edilib: hökumət və parlament müvəqqəti olaraq buraxılsın, fövqəladə hökumət yaradılsın, yeni Konstitusiyanın 9 aydan gec olmayaraq qəbul edilməsi məqsədilə mümkün qədər tez müddət ərzində Konqresə yeni seçkilər keçirilsin”.

O məlumat verib ki, Peruda dekabrın 7-dən etibarən komendant saatı tətbiq edilib.