İlon Mask "Twitter"in ofisində YATIR - FOTO

 10:49 08.12.2022     303

Məşhur milyarder, “Space X” və Tesla şirkətlərinin rəhbəri,  tviterin ("Twitter") sahibi İlon Maskla bağlı maraqlı məlumat yayılıb. Belə ki, şirkət rəhbəri tviterin ofisində yatdığı məlum olub. 

Redaktor.az xəbər verir ki, bu barədə keçmiş işçi BBC-yə tviterin yataq otağına çevrilmiş ofisinin fotoşəkillərini göndərib. 

Şəkillərdən birində qarderob və başmaq da daxil olmaqla ikiqat çarpayılı otaq göstərilir.

Keçmiş işçi bildirib ki, tviterin yeni rəhbəri İlon Mask firmanı satın aldıqdan sonra qərargahda qalır.

Milyarder silinən tvitində ofisdə işləyəcəyini və yatacağını yazıb.

Nərmin VÜQARQIZI   

222
Vumart və Güvən reklamı Vumart Güvən