Türkiyədə zəlzələ oldu

 12:21 08.12.2022     523

Türkiyənin Egey dənizi sahillərində zəlzələ olub.

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ Muğla vilayətinin Bodrum ərazisində qeydə alınıb. Rixter şkalası üzrə 4 balla qiymətləndirilən yeo⅞raltı təkanın ocağı yerin 11.7 kilometr dərinliyində yerləşib.

Təbiət hadisəsi ətraf ərazilərdə cüzi hiss olunub. Ölən və ya yaralananlar olmayıb.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən