Zelenski İran PUA-larını məhv edən hərbi pilota "Ukrayna qəhrəmanı" adını verdi

 13:38 08.12.2022     311

Hərbi pilot Vadim Voroşilov Vinnitsa vilayəti üzərində İran istehsalı olan “Şahid” pilotsuz uçuş aparatlarını zərərsizləşdirdiyinə görə "Ukrayna qəhrəmanı adına layiq görülüb.

Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı müvafiq sərəncam imzalayıb.

Məlumata görə, V.Voroşilov hava hücumlarını dəf edərkən zədələnmiş təyyarəsini şəhərdən kənarlaşdırmağa da nail olub.

Hərbi pilotun özü isə katapult edərək sağ qalıb.