"Krımın təhlükəsizliyi üçün risklər var" - Peskov
"Krım və Sevastopolun təhlükəsizliyi üçün risklər qalmaqdadır, lakin Ukrayna tərəfindən terror hücumlarına qarşı təsirli tədbirlər görülür".
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
"Əlbəttə, risklər var, çünki Ukrayna tərəfi terror aktlarının təşkili xəttini davam etdirir. Lakin, digər tərəfdən, daxil olan məlumatlar onu deməyə əsas verir ki, effektiv əks tədbirlər görülür", - o, jurnalistlərə müsahibəsində müvafiq sualı cavablandırıb.
Jurnalistlərin Krımda təhlükəsizliyin təmin edilməsi, o cümlədən orada möhkəmləndirilmiş ərazilərin salınması üçün kifayət qədər tədbirlərin görülüb-görülməməsi ilə bağlı şərh vermək xahişinə cavab olaraq Peskov bu cür qiymətləndirmələr edə bilməyəcəyini bildirib.
“Yenə də burada hərbi xidmətə müraciət etmək daha yaxşıdır”, - o əlavə edib.
T.İSMAYIL












