"Kiyev istəsə, sabah hər şey bitə bilər" - Peskov

 15:08 08.12.2022     296

Prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində vurğulayıb ki, Kiyevin siyasi iradəsi olarsa, Ukraynadakı münaqişə hər an bitə bilər və Ukrayna prezidenti Vladimir Zelenski bundan xəbərdardır.

Redaktor.az xəbər verir ki, Peskov Zelenskinin münaqişənin 2023-cü ildə bitə biləcəyi ilə bağlı açıqlamasını şərh edib:

“Belə olan halda, hər şey bitdikdən sonra üzünüz göyərənə qədər danışa bilərsiniz. Zelenski bütün bunların nə vaxt bitəcəyini bilir, Kiyev istəsə, sabah hər şey bitə bilər", - Kremlin sözçüsü vurğulayıb.

Tunar Altunbay