Almaniya Ukraynaya “Leopard” tankları verəcək

 17:48 08.12.2022     331

Almaniya Bundestaqı ABŞ-ın Ukraynaya “Leopard” markalı tank verilməsi üçün razılıq verdiyi qərarı təsdiqləyib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Almaniya parlamentinin (bundestaq) Müdafiə komitəsinin başçısı Mari-Aqnes Strak-Zimmerman bildirib.

"Bu, Vaşinqtona səfərim zamanı, Dövlət Departamentində, Konqresdə və Senatda aparılan bütün müzakirələr zamanı da təsdiqləndi. Bizim tərəfdaşlarımız Almaniyadan öz öhdəliklərini yerinə yetirəcəyini gözləyirlər. Biz Ukraynanı tərk etməməliyik. Sizə tanklar lazımdır", - Ştruk-Zimmerman yazıb. .

Qeyd edək ki, sentyabrda Almaniya kansleri Olaf Şolz bildirdi ki,  Almaniya Ukraynaya tank köçürməyə hazır deyil. Onun fikrincə, bu, NATO ilə Rusiya arasında müharibəyə səbəb ola bilər.

Şolz onu da əlavə edib ki, Almaniya Ukraynanı müasir döyüş tankları ilə təmin edən ilk Avropa ölkəsi olmaq istəmir:

"Fakt budur ki, bu cür qərarlar birtərəfli qaydada deyil, bütün NATO üzvləri tərəfindən birləşdirilmiş şəkildə qəbul edilməlidir".

Tunar Altunbay