"Bunun aslan payı Ukrayna ordusuna düşəcək” - Mariya Zaxarova

 18:08 08.12.2022     305

"Vaşinqton ən azı 2025-ci ilin sonuna qədər Ukraynada hərbi əməliyyatları gücləndirməyi planlaşdırır. Bu, onların heç kimdən gizlətmədikləri sənədlərə əsaslanan planıdır".

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Bayden administrasiyası Konqresi Kiyevə 2023-cü il büdcəsinə 37 milyard dollar məbləğində əlavə dəstəyi daxil etməyə inandırmaq niyyətindədir ki, bunun da “aslan payı Ukrayna ordusuna düşəcək””,- deyə o, bildirib.

Həmidə İbrahimova