Daha bir ölkə Şengen zonasına qəbul edildi

 19:07 08.12.2022     279

Avropa İttifqının (Aİ) Daxili İşlər və Ədliyyə Şurası Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olması ilə bağlı qərarlarını dəstəkləməkdən imtina edib.

Redaktor.az xəbər verir ki, Aİ-nin 27 nazirindən 25-i Balkan ölkələrinin lehinə, Avstriya və Hollandiyanın nümayəndələri isə əleyhinə səs verib.

Bununla yanaşı, Xorvatiyanın Şengen zonasına daxil olması rəsmən təsdiqlənib.

Bolqarıstan Prezidenti bildirib ki, ölkənin 2023-cü ildə Şengen zonasına daxil olmaq üçün hər cür şansı var

Bolqarıstanın baş nazirinin müavini və daxili işlər naziri İvan Demerciev Şuranın qərarını şərh edərək, bunu siyasi adlandırıb, lakin ölkənin Şengenə daxil olması ilə bağlı işi davam etdirməyə hazır olduğunu bildirib.

"Təqdim olunan hesabatlar açıq şəkildə göstərdi ki, Bolqarıstan və Rumıniya bütün Şengen meyarlarına cavab verir. Amma məsələ siyasi idi, 25 dövlət bizi dəstəklədi, lakin Avstriya və Hollandiya bizə yox dedi", - o dqeyd edib.

Qeyd edək ki, Şengen zonasına vahid sərhəd nəzarəti sisteminə malik 26 Aİ ölkəsi daxildir.

Avropa Komissiyası noyabrın 16-da Bolqarıstan, Rumıniya və Xorvatiyanın Şengen zonasına qoşulmağa hazır olduğunu elan edib və Aİ Şurasına bu qərarı təsdiq etməyi tövsiyə edib.

Tunar Altunbay