"Aerodromlara hücumlar nüvə təhlükəsizliyi üçün risklİidir" - Rusiya XİN

 20:10 08.12.2022     299

Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirib ki, Rusiyanın “Dyagilevo” və “Engels” strateji aerodromlarına hücumlar nüvə təhlükəsizliyi üçün ciddi risklər yarada bilər.

Redaktor.az xəbər verir ki, onun ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun plenar sessiyasındakı çıxışının mətni Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Onun sözlərinə görə, 2022-ci il ərzində Ukraynanın “Luch” Dizayn Bürosunun və Amerikanın “Raytheon Technologies” korporasiyasının mütəxəssisləri təxribatı həyata keçirmək üçün “Tu-141 Strizh” pilotsuz təyyarələrinin bərpası və modernləşdirilməsi üzərində iş aparıblar.

Nəticədə pilotsuz uçan aparat 80 kq-a qədər yüksək partlayıcı başlığa malik və qlobal GPS peyk sistemindən istifadə edərək hədəfi nişan almaq qabiliyyətinə malik, 1000 km-ə qədər mənzilli zərbə silahı olub.

Bundan əvvəl Konstantin Qavrilov bildirib ki, NATO ölkələri Ukraynanın Rusiya hərbi aerodromlarına zərbələr endirməyi planlaşdırdığından xəbərdardırlar.

Xatırladaq ki, dekabrın 5-də Ukrayna Silahlı Qüvvələrinin Ryazan vilayətindəki “Dyagilevo” və Saratovdakı “Engels” aerodromlarına PUA-ların köməyi ilə zərbə endirməsi nəticəsində bölgədə 3 işğaıçı çəhv edilib, 4-ü yaralanıb.

Tunar Altunbay