İran rəsmiləri sığınacaq üçün Venesuela ilə danışıqlar aparır
Qərbin diplomatik mənbələrinin xarici mediaya verdiyi məlumata görə, İslam Respublikası daxildə etirazçıların qanlı şəkildə yatırılması ilə eyni vaxtda, ölkədə vəziyyətin pisləşəcəyi və rejimin devrilməsi ehtimalının artacağı təqdirdə Tehran rəsmilərinə və onların ailələrinə sığınacaq vermək üçün xarici müttəfiqləri, o cümlədən Venesuela ilə danışıqlara başlayıblar.
Redaktor.az xəbər verir ki, bu barədə "Azad iran" teleqram kanalı məlumat yayıb.
Məlumatda bildirlir ki, Venesuela rəhbəri Nikolas Maduro İran rəhbərliyinə hər cür dəstək verməklə yanaşı etirazı yatırmaq üçün hərbi qüvvə göndərməyi də təklif edib.
Tunar Altunbay