Tbilisidə İŞİD liderlərindən biri TUTULDU

 22:30 08.12.2022     230

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzinin əməkdaşları Tbilisi Beynəlxalq Hava Limanında İŞİD terror təşkilatının liderlərindən biri, təşkilatın yüksək rütbəli səhra komandiri Tsiskara Toxoşavilini saxlayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb.

Məlumata görə, milliyətcə çeçen olan Tsiskara Toxoşaşvili 2015-ci ildə İŞİD-ə qoşulub.

Onun barəsində xarici terror təşkilatına qoşulma və terror fəaliyyətində iştirak etmə faktları əsasında cinayət işi başlanıb. Tsiskara Toxoşaşvilini 10 ildən 17 ilə qədər həbs cəzası gözləyir.

Yaxın Şərqdə Tsiskara Toxosaşvili Əmir İsa kimi tanınır. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir ki, o, Suriya və İraq ərazisində terror fəaliyyətlərində və döyüş əməliyyatlarında iştirak edib. "O, müəyyən müddət ərzində münaqişə zonasında terror təşkilatının bölmələrindən birinə rəhbərlik edib", - məlumatda deyilir.

2019-cu ildə Tsiskara Toxosaşvilinin qardaşı, terrorçu dairələrdə Əl Bara Şişani kimi tanınan Sezar Toxoşvili Kiyevdə saxlanılıb.