Moskvada ticarət mərkəzi yanır - Ölən var - YENİLƏNİB

 10:10 09.12.2022     289

Moskvadakı “Meqa Ximki” ticarət mərkəzində yanğın zamanı bir nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

Rusiyanın paytaxtı Moskvada “Meqa Ximki” ticarət mərkəzinin binasında yanğın baş verib. 

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin rəsmi saytında məlumat verilib.

"12.09.2022-ci il saat 05:59-da şəhərin Ximki rayonu, 8-ci mikrorayon, bina 2-də qeyri-yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Əlavə məlumat dəqiqləşdirilir. Qüvvələr və cəlb olunan vasitələr: 3 ədəd texnika, 11 nəfər" , - məlumatda deyilir.

Bildirilir ki, yanğın 7000 kvadratmetr ərazini əhatə edir. Binanın dam örtüyü yanır. Təxliyə həyata keçirilməyib. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Əraziyə cəlb edilən yanğınsöndürənlər alovu söndürmək üçün tədbirlər görürlər.

Qeyd edilir ki, “Meqa Ximki” ticarət mərkəzindəki "OBI" hipermarketində partlayış olub, daha sonra çökmə baş verib. Çökmə sahəsi 5 min kvadratmetr ərazini əhatə edib.

Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi əlavə edib ki, təxliyyə həyata keçirilməyib. Zərərçəkənlər barədə məlumat daxil olmayıb. Gələn yanğınsöndürənlər yanğını söndürmək üçün tədbirlər görür.

Tunar Altunbay