Onlar aya səyahət edəcək

 10:40 09.12.2022     324

Yapon milyarder Maezava Yusaku 2023-cü ildə "SpaceX" raketi ilə xüsusi Ay səyahətinə qatılacaq 8 nəfəri açıqlayıb.

Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, Aya səyahət etmək üçün 1 milyona yaxın insan müraciət edib.

Açıqlamaya görə, K-Pop artisti Coy Syunq Hyun, amerikalı məşhur dicey Stiv Aoki, irlandiyalı fotoqraf Reynan Adam, hind aktyoru Dev Coşi, amerikalı videoqraf Tim Dod, britaniyalı fotoqraf Kərim İliya, amerikalı kinorejissor Brendan Hol və çexiyalı art-direktor Yemi Akinyemi Dele Aya səyahət edəcəklər.

Qeyd olunur ki, turun ehtiyat ekipaj üzvləri yapon rəqqasə Miyu və ABŞ-dan qar xizəkçisi Ketlin Farrinqton olacaq.

47 yaşlı yapon Maezava keçən il etdiyi səyahətlə "Aya gedən ilk Yapononiya vətəndaşı" olub.

Həmidə İbrahimova