Putin Qırğıza getdi

 10:43 09.12.2022     409

Rusiya Prezidenti Vladimir Putin Qırğız Respublikasının paytaxı Bişkek şəhərində səfərdədir.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Qırğız Respublikası Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məqsəd Qırğız Respublikasının sədrliyi ilə keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının (AAİŞ) iclasında iştirak etməkdir.

Qeyd edək ki, AAİŞ liderləri digər məsələlərlə yanaşı, ümumi qaz bazarının formalaşdırılmasını müzakirə edəcək və Birləşmiş Ərəb Əmirlikləri ilə Azad Ticarət Zonasının yaradılması üzrə danışıqlar prosesinin başlanmasını təsdiq edəcəklər. İclas zamanı Rusiya, Qazaxıstan və Özbəkistan arasında “üçlü qaz ittifaqı” mövzusuna da toxunulacağı da istisna olunmur.

Vumart və Güvən reklamı Vumart Güvən