Bu ölkələr pilotsuz uça bilən qırıcı təyyarə yaradacaq

Böyük Britaniyanın Baş naziri Rişi Sunak süni intellektdən istifadə edən yeni qırıcı təyyarənin yaradılması üçün İngiltərə, İtaliya və Yaponiya arasında əməkdaşlığı elan etməyə hazırlaşır.
Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, bu əməkdaşlığın məqsədi Böyük Britaniyada minlərlə iş yeri yaratmaq və təhlükəsizlik əlaqələrini gücləndirməkdir.
Məlumata görə, 2030-cu illərin ortalarında istifadəyə veriləcək yeni nəsil qırıcılar "Typhoon" reaktivini əvəz edəcək.
Pilotun iştirakı olmadan uça biləcək bu qırıcılar hipersəs raketləri də vura biləcək.
Nərmin VÜQARQIZI