Rusiyada böyük zavod YANIR - VİDEO

Rusiyanın Altay diyarının Barnaul şəhərində genişmiqyaslı yanğın baş verib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Rusiyanın təkər istehsalı zavodu yanır.
Məlumata görə, yanğın genişmiqyaslı olduğuna görə, hadisə yerinə xüsusi qatar cəlb olunub.
"Yanğının söndürülməsinə yüzdən çox insan və yanğınsöndürən maşın cəlb olunub. Yanğın sahəsi min kvadratmetrə yaxındır", - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, hadisə nəticəsində ölən və yaralanan yoxdur.
Nərmin VÜQARQIZI