Rusiya Ukraynada daha 310 hərbçisini İTİRDİ

 14:26 09.12.2022     315

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 93390 (+310) nəfər canlı qüvvəsi, 2937 (+0) tank, 5912 (+1) ədəd zirehli döyüş maşını, 1926 (+1) ədəd artileriya sistemi, 395 (+0) reaktiv yaylım atəşi sistemi, 211 (+0) hava hücumundan müdafiə sistemi, 281 (+0) təyyarə, 264 (+0) helikopter, 1603 (+0) PUA, 592 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4531 (+3) avtomobil texnikası və avtosistern, 164 (+0) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

 

Vumart və Güvən reklamı Vumart Güvən